4 aydan çoxdur ki, İstanbulun "Memorial" xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri bu gün Bakıya qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında onu çoxsaylı pərəstişkarı, yaxınları qarşılayıb.
Xalq artisti sərbəst hərəkət edə bilməsə də, jurnalistlərə açıqlamasında özünü yaxşı hiss etdiyini deyib. Hər kəsə sağlamlığının qeydinə qalmağı tövsiyə edən Yaşar Nuri tezliklə səhnədə olacağını və 60 yaşını ayaqda qeyd etmək istədiyini diqqətə çatdırıb. "Böyrəklərimin funksiyası pozulmuşdu. Ona görə də 4 aydır ki, Türkiyədəyəm. Bu, yerişimə təsirini göstərib. Bakıya gəlib, burada mənimlə bağlı yayılan şayiələrə son qoymaq istədim", - deyə o vurğulayıb.
Yaşar Nuri vətənə qayıtdı
Xalq artisti hər kəsə sağlamlığının qeydinə qalmağı tövsiyə edib




Şərhlər