Yasamal Rayon Polis İdarəsinin rəisi işdən azad edildi
28 Dekabr 2010 Çərşənbə Axşamı 16:45
O, yol verdiyi nöqsanlara görə işdən azad edilib
Bakının Yasamal rayon Polis İdarəsinin rəisi və rəis müavini tutduğu vəzifədən azad ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla bağlı bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Məlumata görə, Yasamal RPİ-nin rəisi, polis polkovniki Möhübbət Hüseynov və idarənin xidmət üzrə rəis müavini Vəli Abbasov işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad ediliblər. Hazırda müvəqqəti olaraq M.Hüseynovun işlərini İradənin əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Cavid Muradov icra edir.
Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
DOSTLARINLA PAYLAŞ: