Yapon döyüş ustaları Azərbaycana gəlir
04 Fevral 2011 Cümə 17:15
Ölkəmizdə "Beynəlxalq Yaponiya-Azərbaycan Aykido günləri" keçiriləcək
Ölkəmizdə “Beynəlxalq Yaponiya-Azərbaycan Aykido günləri” keçiriləcək. Bu barədə Yaponiyanın Bakıdakı səfirlyindən “Turan”a daxil olan məlumatda deyilir. Aykido günləri fevralın14-16-da baş tutacaq.

Tədbirlər aykido üzrə 4 nəfər yapon beynəlxalq ustasının iştirakı ilə Bakı və İsmayıllı rayonlarında keçiriləcək. Kanazava Takeşi, İto Makoto, Kodani Yulçi və Kenmoçi Masaki Azərbaycan əhalisini ənənəvi yapon döyüş sənətindən biri olan aykido ilə tanış etmək məqsədilə seminar və nümunəvi çıxışlar keçirəcək.

Tədbir Yaponiya Fondu, Yaponiyanın Bakıdaki səfirliyi və Azərbaycan Aykido Federasiyasının təşkilatçılığı ilə keçirilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar