YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
10 Dekabr 2010 Cümə 15:00
Ölkənin bütün regionlarında ümummilli liderin anım mərasimləri keçiriləcək
Bu gün hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə onun Fəxri xiyabandakı məzarını ziyarət edib. Ziyarətçilər sırasında YAP-ın sədr müavini Əli Əhmədov, partiyanın icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin sədr müavinləri, partiya fəalları, hökumət və dövlət nümayəndələri olub.

YAP-ın icraçı katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini hər zaman əziz tutacaq. Ölkənin bütün regionlarında anım mərasimlərinin keçiriləcəyini söyləyən Ə. Əhmədov bu gün Suraxanı rayonunda yerləşən Heydər Əliyev mərkəzində konfrans keçiriləcəyini də əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar