Yanvar və fevralda ərzağa 1,5 milyard manat xərcləmişik
10 Mart 2011 Cümə Axşamı 04:46
İlin ilk iki ayında əhaliyə 2,4 milyard manatlıq istehlak malları satılıb
2011-ci ilin ilk iki ayında ölkə ərazisində ticarət fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən əhaliyə 2,4 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz çox istehlak malları satılıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, pərakəndə ticarət şəbəkələri üzrə əmtəə dövriyyəsinin həcmi 7,5 faiz artaraq 2,3 milyard manata, iaşə şəbəkələrinin dövriyyəsi isə 14,4 faiz artaraq 67,7 milyon manata bərabər olub. İstehlak mallarının 14,3 faizi hüquqi, 85,7 faizi fiziki şəxslər tərəfindən realizə olunub.
Əhali ticarət şəbəkələrindən 1,5 milyard manatlıq ərzaq məhsulları, 850,0 milyon manatlıq qeyri-ərzaq malları alıb. Yanvar-fevral aylarında əhaliyə 760,0 milyon manatlıq və ya 9,9 faiz çox pullu xidmətlər göstərilib. Xidmətlərin 78,7 faizi hüquqi, 21,3 faizi fiziki şəxslərin payına düşüb və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,4 və 20,2 faiz çox pullu xidmət göstərilib.
DOSTLARINLA PAYLAŞ: