Bəlli olduğu kimi, Xaçmazın Xraxoba kəndində yaşayan Rusiya vətəndaşlarının hüquqi vəziyyətlərinə dair problemlərin nizamlanması ilə bağlı Bakıda Azərbaycan-Rusiya məsləhətləşmələri keçirilib. Hazırda kənddə yaşayan 270 nəfərin problemini həll etmək üçün rəsmi Bakı 3 çıxış yolu təklif edib.
Məsələ ilə bağlı açıqlama verən Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, əhali ilə danışıqlar aparılıb. O qeyd edib ki, həmin şəxslər Azərbaycan vətəndaşlağını qəbul edib, oradakı yaşayış hüquqlarını qanuniləşdirməli və ya Rusiya vətəndaşlığında qalaraq qanunun imkan verdiyi statusu müəyyən etməlidilər: “Ya da müvafiq olaraq öz yaşadıqları evləri sataraq və ölkəni ya tərk edərək Rusiya ərazisinə köçməlidir”. ANSPRESS
Xraxoba sakinləri hansı variantı seçəcək?
Xraxoba sakinləri hansı variantı seçəcək? 270 Rusiya vətəndaşının problemini həll etmək üçün rəsmi Bakı 3 çıxış yolu təklif edib.




Şərhlər