Xocalı qurbanları dünyanın müxtəlif ölkələrində anılacaq
18 Fevral 2011 Cümə 17:13
Faciənin 19-cu ildönümü münasibəti ilə konfranslar, fotosərgilər keçiriləcək, sənədli filmlər nümayiş etdiriləcək
Xocalı faciəsinin 19-cu ildönümü münasibəti ilə dünyanın onlarla ölkəsində tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa və konfranslar keçiriləcək, Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş etdiriləcək.

Xocalı faciəsinin ildönümü münasibəti ilə tədbirlər Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldova da baş tutacaq. Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliyada, habelə Danimarka, İsveç, Niderland krallıqlarında, Polşa, Rumıniya, Macarıstan, Finlyandiya, Çexiyada keçiriləcək tədbirlərdə bu ölkələrdəki Azərbaycan diasporu ilə yanaşı, türk, yəhudi icmalarının, eləcə də adıçəkilən ölkələrin ictimai-siyasi təşkilatlarının, həmçinin parlamentlərinin nümayəndələrinin qatılacağı gözlənilir. Xocalı faciəsinin qurbanlarının xatirəsi Berlin, Frankfurt, Hannover, Nürnberq başda olmaqla Almaniyanın ondan artıq şəhərində yad ediləcək. Faciəsinin 19-cu ildönümü ilə bağlı Türkiyənin bir sıra şəhərlərində anım mərasimləri, konfrans və dəyirmi masalar, keçiriləcək. Bu qəbildən tədbirlər Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də təşkil olunacaq. Misir, Birləşmiş Ərəb Əmirlikləri, İsraildə Xocalı faciəsi ilə bağlı elmi-praktik konfranslar keçiriləcək, fotosərgilər təşkil olunacaq

Tədbirlər ABŞ Gorc Vaşinqton, Hyuston, “Waterloo Univerсity”, Florida Beynəlxalq Unversiteti, Toronto Univerсiteti kimi nüfuzlu təhsil ocaqlarında, Kanada, Avstraliya və Yeni Zelandiyada da keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar