Xızıda 120 metr uzunluğunda bayraq tikilib
09 Noyabr 2010 Çərşənbə Axşamı 11:00
Dövlət Bayrağı Günü şimal bölgəsində yürüşlərlə qeyd edilir.
Bu gün Azərbaycanda ilk dəfə Dövlət Bayrağı günü kimi qeyd edilir. Bayram paytaxtla yanaşı bölgələrdə də qeyd olunur.

Qusar rayonunda dəniz səviyyəsindən 698 mert hündürlükdə yerləşən və 68 metr hündürlüyündə olan bayraq dirəyinə doğru yürüş edilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, rayon ictimaiyyətinin nümayəndələri 2008-ci ildə açılışı olan, İcra Hakimiyyətinin qarşısında yerləşən bayraq kompleksinə polisin müşayiəti ilə dövlətçilik haqqında mahnılar oxuya-oxuya yürüş ediblər. Yürüş general Mahmud Əbilov meydanından başlayaraq, İcra Hakimiyyətinin qarşına kimi davam edib.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Elman Mustafayev, Bayraq Gününün qeyd olunmasının bundan sonra da davam edəcəyini bildirib.

Azərbaycanda Dövlət Bayrağı Günü münasibəti ilə Xızı rayonunda da xüsusi aksiya keçirilib. Heydər Əliyev prospekti boyu bayram yürüşü keçirilib. Aksiya ilə bağlı əvvəldən xüsusi olaraq 120 metr uzunluğunda bayraq tikdirilib. Əlində bayraq tutan gənclərin müşayiəti ilə baş tutan yürüş təxminən 2 km məsafədə prospekt boyu davam edib.

Xızı rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan bayrağının dövlət atributlarından bir kimi mühüm simvol olduğunu qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar