Xaçmaz ziyalıları təltif edilib
13 Oktyabr 2010 Çərşənbə 21:20
Prezident müvafiq sərəncam imzalayıb. Xaçmaz ziyalıları təltif edilib.
Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslər təltif edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Mərdanov Akif Teyfur oğlu; “Tərəqqi” medalı ilə isə Abdullayev Qabil Qafil oğlu, Haqverdiyev Bəxtiyar Məhərrəm oğlu, Həsənov Nizami Kamil oğlu, Qasımov Ələddin Yadigar oğlu, Məcidov Aslan Cümşüd oğlu, Osmanov Bəxtiyar Adil oğlu, Səfərov Səməd Abdulkərim oğlu, Yaqubov Azad Məmmədrza oğlu təltib edilib.

Prezidentin digər sərəncamı ilə Xaçmaz rayonunun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib. Sərəncama əsasən, Niyazov Afiq Şərəfəli oğluna “Əməkdar Həkim”, Hacıyev İskəndər Sədri oğluna “Əməkdar Mühəndis”, Nurməmmədova Mədinə Əlişah qızına “Əməkdar Müəllim” fəxri adı verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar