Xaçmaz rayonu qaranlığa qərq oldu
24 İyun 2010 Cümə Axşamı 22:40
Kəskin hava şəraiti bölgənin elektrik təsərrüfatına ziyan vurub.
Bu gün saat 13:30 radələrindən etibarən ölkənin şimal bölgəsində müşahidə olunan kəskin hava şəraiti bölgənin elektrik təsərrüfatına ciddi ziyan vurub. Xaçmaz rayon İcra Hakimiyyətindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, rayonun təqribən 1/3 hissəsi işıqsız qalıb. Güclü külək və yağış yağması səbəbindən qabaqlayıcı tədbir kimi əvvəlcədən elektrik enerjisinin verilişi məhdudlaşdırılsa da, külək kəndlərə gedən elektrik naqillərinin bir çoxunu yararsız vəziyyətə salıb.

Xaçmaz rayon Elektrik Şəbəkəsinin rəisi Mustafa Rəsulovun verdiyi məluata görə, hazırda güclü yağışın davam etməsinə baxmayaraq elektrik xətlərinin təmir-bərpa işləri davam etdirilir. Artıq rayonun mərkəzinə elektrik verilişi bərpa olunub.

Quba və Qusar rayonlarının isə bəzi kəndlərində elektrik təchizatı ilə bağlı problemlər yaranıb.

Xudat rayonunun Nizami küçəsində külək iri gövdəli ağacı yaşayış evinin üstünə aşırıb. Xoşbəxtlikdən hadisə zamanı heç kəs xəsarət almayıb.

Siyəzən rayonunda Gil-gil çayda suyun səviyyəsi artıb. Güclü su axını çay yatağında işləyən üç yük maşınını sürükləyərək kənara çıxarıb, hadisə zamanı xəsarət alan və ölən olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar