Vergilər Nazirliyinə edilən müraciətlərin sayı artıb
13 Oktyabr 2010 Çərşənbə 18:35
Bu ilin 9 ayı ərzində 195 xidmətinə müraciət edənlərin sayı 194 818-ə çatıb.
Bu ilin 9 ayı ərzində Vergilər Nazirliyinin 195 nömrəli telefon xidmətinə müraciət edənlərin sayı 194 818-ə çatıb. Bunlardan da 55 406 müraciət canlı olaraq mütəxəssislər tərəfindən, 139 412 isə elektron operator tərəfindən cavablandırılıb. Nazirliyin mətbuat xiidmətindən ANS PRESS-ə verilən məlumata görə, müraciətlərin təhlili göstərir ki, canlı əlaqə zamanı vergi ödəyicilərini daha çox ayrı-ayrı vergilərin, xüsusilə gəlir vergisinin, sadələşdirilmiş verginin, ödəmə mənbəyində tutulan vergilərin, əlavə dəyər vergisinin ödənilməsi ilə əlaqədar hesablamaların aparılması, həmçinin "bir pəncərə" prinsipi üzrə qeydiyyat və vergi uçotu, hesabatların təqdim edilməsi, e-xidmətlərlə (texniki dəstək) bağlı məsələlər maraqlandırır. Suallar arasında nəzarət-kassa aparatları, mühasibat uçotu, cərimə, maliyyə sanksiyaları barədə suallar da çoxluq təşkil edir.

Xatırladaq ki, 195 nömrəli telefon məlumat xidməti təkcə sualların cavablandırılmasını deyil, vergi qanunvericiliyinin pozulması və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barədə vergi ödəyicilərinin şikayətlərinin qəbul edilməsini də təmin edir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 195 nömrəli telefon məlumat xidmətinə 177 belə şikayət daxil olub, onların hamısına qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılaraq müvafiq cavablar verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar