Vergi Auditi Departamentinin rəisi Habil Məmmədov işdən çıxarıldı
29 Yanvar 2011 Şənbə 15:30
Habil Məmmədovun vəzifəsindən kənarlaşdırılmasına səbəb işində nöqsanlara yol verməsidir.
Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi vəzifəsindən kənarlaşdırılıb. Bu barədə "Müsavat" qəzeti xəbər yazıb. Qəzetin yazdığına görə, departamentin rəhbəri Habil Məmmədovun vəzifəsindən kənarlaşdırılmasına səbəb işində nöqsanlara yol verməsidir.
Məlumatda bildirilir ki, H.Məmmədov vergilər naziri Fazil Məmmədovun əmri ilə tutduğu vəzifədən alınıb. Vergi Auditi Departamentinin rəisi vəzifəsinə kimin təyin edildiyi, yaxud ediləcəyi ilə bağlı hələlik bir məlumat yoxdur.
Xəbəri dəqiqləşdirmək üçün Vergilər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, zənglərimiz cavabsız qaldı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: