Ölkə

Vaqif İbrahimoğlu xərçəngdən əziyyət çəkir

Rejissor Türkiyədə xəstəxanaya yerləşdirilib

· Xəbərçi
Vaqif İbrahimoğlu xərçəngdən əziyyət çəkir
Yuğ teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu noyabrın 26-dan Türkiyənin paytaxtı Ankara şəhərindəki Qazi universitetinin xəstəxanasına yerləşdirilib. Yayılan məlumatına görə, Vaqif İbrahimoğlu ağciyər xərçəngindən əziyyət çəkir.

Teatrşünas Məryəm Əlizadə ANS-ə müsahibəsində Vaqif İmrahimoğluda xərçəng xəstəliyinin olmadığını bildirib: "İndi müalicə alır. 10 gündən sonra bir də kurs təkrar olunsa qalacağıq, olmasa gəlirik. Bunlarda bilirsiniz necə xasiyyət var? Bura Avropa kimidir. Xəstənin adamına, xəstəyə heç bir informasiya vermədən müalicə aparırlar".

Vaqif İbrahimoğlunun həkimi Utku Bozbulut isə ANS-ə açıqlamasında xəstənin vəziyyətinin hazırda yaxşı olmadığını bildirib: "Mütəmadi olaraq müalicə olunması lazımdır. Biz indi bu istiqamətdə çalışırıq. Terapiya müalicəsi almalıdır. Ağrıları çoxdur. Ağrılarını azaltmaq üçün tədbirlər görürük. İndi bir şey demək üçün tezdir. Amma onda ağ ciyər xərçəngi var. Yəni hazırda ağ ciyərlərində problemləri var. Ona görə müalicə davam etdirilir".

Şərhlər