Vahid Mustafayevin qardaşı Rafael Mustafayevin anım mərasimi noyabrın 18-də keçiriləcək
17 Noyabr 2010 Çərşənbə 17:00
Anım mərasimi saat 15.00-da Yasamal rayonu, Şərifzadə, 134 ünvanında olacaq.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qardaşı, tanınmış jurnalist Rafael Mustafayevin anım mərasimi noyabrın 18-də saat 15.00-da Yasamal rayonu, Şərifzadə, 134 ünvanında (ATS-lə üzbəüz) keçiriləcək. Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalistlərindən olan Rəfael Fuad oğlu Mustafayev noyabrın 14-də Bakıda avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Mərhum ötən gün Yasamal qəbiristanlığında dəfn edilib.

Rafael Mustafayevin ölümü ilə nəticələnən yol qəzasını törətmiş şəxs artıq yaxalanıb. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu İsmayıl İsmayılovdur. İ.İsmayılov Yasamal RPİ 29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, piyadalar Rəfael Mustafayev və Qasım Muradpuru idarə etdiyi “VAZ 2107” markalı maşınla noyabrın 14-də Şərifzadə küçəsi 165 ünvanında, saat 22.45 radələrində vurub. Əldə etdiyimiz məlumata görə, saxlanılan şəxs polisə verdiyi ifadəsində hadisə zamanı Rəfael Mustafayevin və digər piyadanın sağ olduğunu deyib. Onun sözlərinə görə, piyadalar ondan xəstəxanaya çatdırmalarını istəyib. Sürücü əvvəlcə onları maşına mindirsə də, sonradan yaralıları Z.Kərimov küçəsinə aparılaraq oraya atıb. Nəticədə R.Mustafayev ölüb, Q.Muradpur isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Rəfael Fuad oğlu Mustafayev Yasamal qəbiristanlığında dəfn edilib.

R.Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft Kimya Akademiyasının məzunu olub. O, bir sıra yerli informasiya agentlikləri ilə işləməklə yanaşı, Rusiyanın “Kommersant”, “Novıe İzvesiya” qəzetləri ilə də əməkdaşlıq edib. 2004-cü ildən etibarən Rusiyanın “Reqnum” informasiya agentliyinin əməkdaşı olub.

Allah rəhmət eləsin! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar