Ölkə

USAİD Şamaxıda sahibkarlara seminar keçirib

USAİD seminarı “Azərbaycanın ÜTT-yə üzvlüyü və özəl sektor” mövzusunda olub.

· Xəbərçi
USAİD Şamaxıda sahibkarlara seminar keçirib
Şamaxıda İqtisadi İnkişaf Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkilatçılığı ilə “Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramı” çərçivəsində sahibkarlar üçün “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor” mövzusunda növbəti seminar keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə sahibkarlarla yanaşı, nazirlik və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Seminarda çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov, USAİD-in nümayəndəsi və ekspertlər ÜTT-yə üzvlük prosesi, bu sahədə sahibkarların vəzifələri haqqında məlumat veriblər.

Qeyd edək ki, “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü və özəl sektor” mövzusunda analoji seminarlar bundan əvvəl Zaqatala, Mingəçevir və Qubada keçirilib. ANSPRESS

Şərhlər