UNİCEF-in Azərbaycandakı nümayəndəsi BAMF-da olub
16 Dekabr 2010 Cümə Axşamı 16:35
UNİCEF-in Azərbaycandakı nümayəndəsi BAMF-da olub
 UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Harevard Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. BAMF-ın İnformasiya departamentindən APA-ya verilən məlumata görə, nümayəndə BAMF-ın sədri Umud Rəhimoğlu və Fondun departament rəhbərləri ilə görüşərək müzakirələr aparıblar. Müzakirələr zamanı BAMF-ın UNİCEF-in fəaliyyət istiqamətlərinə uyğun layihələri barədə ətraflı fikir mübadiləsi olub.
M. Harevard görüş zamanı BAMF-ın həyata keçirdiyi layihələrdən məmnun qaldığını, Fondun çox əhəmiyyətli işlər gördüyünü deyib.
UNİCEF-in Azərbaycan nümayəndəsinin müavini R. Mustafa da BAMF-ın fəaliyyətindən məmnun qaldığını Fondla gələcəkdə bir çox vacib layihələr həyata keçirməyin mümkünlüyünü vurğulayıb.
U. Rəhimoğlu UNİCEF-in Azərbaycanda həyata keçirdiyi layihələrə toxunaraq bu işlərin əhəmiyyətindən danışıb.
Görüşdə UNİCEF-lə BAMF-ın birgə əməkdaşlığı barədə də fikir mübadiləsi aparılıb, bununla bağlı konkret işlər görmək üçün təkliflər müzakirə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar