Türkmənistan prezidenti Azərbaycana səfir təyin etdi
24 Dekabr 2010 Cümə 01:00
Toylı Komekov Xəzərin hüquqi statusu ilə bağlı danışıqların aparıcı simalarından olub
Türkmənistanın Azərbaycandakı səfiri vəzifəsində Toylı Komekov təyin edilib. O, 2009-cu ildən Prezident yanında Xəzər dənizi ilə bağlı məsələlər üzrə dövlət müəssisəsinin rəhbəri işləyib. Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedov təyinatla bağlı müvafiq sərəncam imzalayıb.

Toylı Komekov son iki il ərzində həm də xarici işlər nazirinin müavini olub və Bakıda keçirilən ikitərəfli danışıqlarda Türkmənistan nümayəndə heyətinə başçılıq edib.

Qeyd edək ki, Türkmənistan Azərbaycan, Qazaxıstan, Rusiya və İranla Xəzər dənihində həmsərhəddir. SSRİ-nin süqutundan sonra dənizin yeni hüququ statusunun müəyyənləşdirilməsinə ehtiyac yaranıb. Bu istiqamətdə danışıqlar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar