Ölkə

Türkiyənin nüfuzlu media təmsilçiləri Mətbuat Şurasında olublar

Əflatun Amaşov qonaqlara söz və mətbuat azadlığından danışıb.

· Xəbərçi
Türkiyənin nüfuzlu media təmsilçiləri Mətbuat Şurasında olublar
Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu media təmsilçiləri Mətbuat Şurasında (MŞ) olublar.
Şuranın sədri Əflatun Amaşov qonaqlara Azərbaycanda söz və mətbuat azadlığı barədə məlumat verib.

Türkiyə və Azərbaycan mətbuatının durumu ilə bağlı paralellər aparan şura sədri hər iki ölkə jurnalistlərinin həmrəyliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Türkiyə Qəzetçilər Federasiyasının prezidenti Atilla Sertel, Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya, NTV-nin büro müdiri Merih Ak və Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai görüşdən məmnun qaldıqlarını, Azərbaycana səfərlərinin onlarda xoş təəssürat yaratdığını vurğulayıblar. ANSPRESS

Şərhlər