Tovuzda iki su anbarının tikintisinə başlanıb
07 Noyabr 2010 Bazar 02:50
Anbarlar Abulbəyli, Bozalqanlı, Cəlilli, Cırdaxan, Aşağı Öysüzlu kəndlərinin içməli suya olan təlabatı tam ödəyəcək.
Əhalinin icməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində hər birinin tutumu 2500 kub metr olan iki su anbarının tikintisinə başlanıb. Bu barədə məlumatı AzərTAc-a Tovuz rayon Su-Kanal İdarəsinin rəisi Arif İsmayılov verib.
Zəyəm çayından rayona 39,5 kilometr uzunluğunda su xəttinin çəkilişi bu ilin martında başa çatıb. Bu kəmər çəkildikdən sonra Tovuz rayonunun mərkəzi də daxil olmaqla, Aşağı Quşçu kəndinin içməli su problemi həll olunub.
Yeni tikilən su anbarları istifadəyə veriləndən sonra isə Abulbəyli, Bozalqanlı, Cəlilli, Cırdaxan, Aşağı Öysüzlu kəndlərinin sakinlərinin içməli suya olan təlabatı tam ödəniləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: