Tikinti materiallarının qiyməti düşüb
26 İyun 2010 Şənbə 13:55
May ayında inşaat materialları bazarında alıcı qıtlığı yaranıb.
Bu ilin may ayında inşaat materialları bazarlarında alıcı qıtlığının yaranması, mövsümə xas olmayan passivlik “Dərnəgül bazarı” kimi tanınan inşaat materialları bazarında az sayda olsa da, icarə yerlərinin boşalması ilə nəticələnib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin məlumatına görə, bir çox tikinti materiallarının qiymətlərində nisbi ucuzlaşmanın müşahidə edilməsi də bu səbəblərdən biri kimi qiymətləndirilə bilər.

May ayında da ötən ayda olduğu kimi tikinti materialları bazarının əsas çəkisini təşkil edən 38 adda, 89 növdə inşaat materialarının qiyməti araşdırılıb. Monitorinq üzrə yerli bazarda istehsal olunan məhsulların ümumi bazardakı həcmi 53,9 faiz təşkil edib. Yerli istehsal bazarında əsasən bölgələrdən gətirilən qum, çınqıl, otsep kimi materialların qiymətlərində artım olub ki, bunun da bir hissəsi təbii fəlakət zonasına düşdüyündən qiymətlərdə təsirsiz ötüşməyib.

Eyni zamanda qiymət artımını daşınma zamanı yük maşınlarının tonnajlarına qoyulan məhdudiyyət, daha dəqiq desək artıq yükün aparılmasına nəzarətin güclənməsi və qiymətə təsir edəcək artıq paylardan məhrum olmaları ilə də əlaqələndirmək olar. Digər idxal və yerli istehsal materiallarının qiymətlərində cüzi dəyişikliklərin olması ümumilikdə ötən ayla müqayisədə 0,9% qiymət azalmasına gətirib çıxartmışdır. Beləliklə 38 adda tikinti materialından 11-i üzrə qiymət artımı, 11-i üzrə isə qiymət azalması baş veribdir. Artım müşahidə edilən materialların siyahısı aşağıdakı kimi olub:

Kərpic (Bakı, İran) +17,86
Mismar (Rusiya) +8,82
Qum (Bakı) +30,23
Otsep (Bakı) +37,50
Çınqıl (Bakı) +7,14
Peneplast +14,29
Taxta (Rusiya) +2,50
Şüşə-pambıq (Rusiya) +5,00
Künyə (Bakı) +1,73
Katinka (Bakı) +2,86
Boru (Rusiya) +3,21

11 qiymət azalması baş verən məhsullar aşağıdakılardır:

Armatur (Elektroştamp) - 1,49
Plastik boru (Bakı) -12,63
Şveller (Bakı) - 1,24
Zamaska (Türkiyə) -0,91
Dəmir təbəqə (Ukrayna) -6,45
Laminat-parket (Rus, Alman) -6,38
Sink təbəqə (Rusiya) -2,13
Bitum (Mastika) Bakı -20,00
Dam örtüyü (Koreya) -2,26
Asma-tavan -12,50
Şüşə (Rusiya) -0,53

Qeyd edək ki, digər tikinti materilları üzrə qiymətlər stabil qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar