Ölkə

Tərtərdə broyler fabriki tikilir

Müəssisədə 50 nəfər daimi işlə təmin olunacaq

· Xəbərçi
Tərtərdə broyler fabriki tikilir
"Abşeron” Kənd Təsərrüfatı Məhsullarının İstehsalı Müəssisəsi Tərtər rayonunun Borsunlu kəndində yeni quşçuluq (broyler) fabriki inşa etdirir. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa edilən müəssisədə damazlıq quşçuluğu, yem sexi, inkubator yaradılacaq.

Müasir texnologiyaya əsaslanan 6 fermadan üçü artıq tikilib. Müəssisədə ən müasir avadanlıq quraşdırılacaq.

Müəssisə fəaliyyətə başlayandan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq.

Şərhlər