Tərtər rayon Polis Şöbəsinə yeni rəis təyin olunub
19 Yanvar 2011 Çərşənbə 13:10
Daxili işlər naziri Ramil Usubov müvafiq əmr imzalayıb. Tərtər rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
Azərbaycanın Tərtər rayonunda rayon Polis Şöbəsinə yeni təyinat olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki Nəriman İmanov Tərtər rayon Polis Şöbəsinə rəis təyin olunub. N. İmanov bundan əvvəl Nəqliyyatda Baş Polis İdarəsində idarə rəisi vəzifəsində işləyib.

Xatırladaq ki, Tərtər rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov Nizami rayon Polis İdarəsinə rəis təyin edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar