Ölkə

Təmas xəttində keçirilən monitorinq baş tutub

Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq zamanı heç bir insident qeydə alınmayıb

· Xəbərçi
Təmas xəttində keçirilən monitorinq baş tutub
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün təmas xəttində keçirilən monitorinq başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı təmas xəttində keçirilən monitorinq zamanı heç bir insident qeydə alınmayıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Caslan Nurtazin, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər.

Şərhlər