Ölkə

Teleqüllənin yanında axtarışlar başa çatıb

Ərazidən 2310 ədəd döyüş mərmisi tapılıb

· Xəbərçi
Teleqüllənin yanında axtarışlar başa çatıb
Bakıda Televiziya Qülləsinin yaxınlığında döyüş sursatlarının aşkarlandığı ərazidə axtarış əməliyyatı 19 noyabr 2010-cu il tarixində başa çatıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan müddət ərzində Nazirliyin və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən aparılan axtarış əməliyyatı nəticəsində, ümumilikdə, 2310 ədəd döyüş başlığı olmayan 125 mm zirehli texnika əleyhinə çapaltı mərmilər aşkar edilib.

Aşkarlanan mərmilər xüsusi nəqliyyat vasitəsinə yüklənərək aidiyyəti qurumların mütəxəssislərinin müşayiəti ilə xüsusi ayrılmış əraziyə aparılıb.


Qeyd edək ki, həmin ərazidə 10 noyabr 2010-cu il tarixindəaxtarış əməliyyatına başlanılmışdı.

Şərhlər