Təhsil Nazirliyinin əsas vəzifəsi korrupsiya ilə mübarizədir
19 Fevral 2011 Şənbə 23:49
Misir Mərdanov: "Rüşvətxorluq ölkəni hörmətdən sala bilər"
Korrupsiya ölkəni hörmətdən salır. Bu səbəbdən 2011-ci ildə Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifə korrupsiyaya qarşı mübarizə olacaq.

Azərbaycan vətəndaşlarının şikayətlərinə vaxtında baxılıb cavab verilməməsi, bir çox hallarda başdansovdu yanaşılması, hətta müəssisələrdə rüşvətxorluq, korrupsiya hallarının baş verdiyini bildirən
təhsil naziri Misir Mərdanov bütün bu qeyd edilənlərin ölkədə aparılan işlərin keyfiyyətinə öz təsirini göstərdiyini bildirib.

Nazirin sözlərinə görə, digər tərəfdən bu cür halların mövcudluğu ölkəni beynəlxalq aləmdə də hörmətdən sala bilər: “Keçirdiyimiz kollegiya iclaslarında hamıdan tələb etmişik ki, Azərbaycan qanunverilciliyinin bütün qayda və qanunlarına əməl olunmalı, vətəndaşlar qəbul edilməli, heç bir korrupsiya hallarına yol verilməməli, ictimaiyyətlə əlaqələr möhkmləndirilməlidir. Bundan başqa, valideynləri təhsilin idarə olunması, təhsilin keyfiyyətinin qaldırılmasına daha çox dəvət etmək və beləliklə, təhsilin keyfiyyətini artırmaq lazımdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar