"Təchizat-2009" MMC-yə qarşı cinayət işi açılıb
13 Oktyabr 2010 Çərşənbə 18:20
"Cahan Biznes" MMC-nin də vergidən yayındığı məlum olub.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı Laçın Rayon Vergilər Şöbəsində qeydiyyatda olan, Bakı şəhərində tikinti və sair materialların alqı-satqısını sənədləşdirən “Təchizat-2009” MMC-də xeyli miqdarda vergidən yayınma faktı ortaya çıxıb. Nazirliyin mətbuat xiidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Təchizat-2009” MMC-nin son 1 illik fəaliyyətini əhatə edən səyyar vergi yoxlaması aparılarkən müəyyən olunub ki, müəssisənin direktoru Hüseynov Yaşar Allahverdi oğlu mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, xeyli miqdarda əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayındırıb. Bu fakt üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Digər vergi cinayəti faktı ilə bağlı əlavə məqamlar “Cahan Biznes” MMC-nin direktoru İsayev Vüqar Vaqif oğlu haqqında aparılan araşdırma zamanı ortaya çıxıb. Belə ki, toplanmış materiallar əsasında müəyyən olunub ki, V.V.İsayevlə yanaşı Səfərov Razi Əli oğlu və digər şəxslər sözügedən cinayətdə iştirak edərək külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb. Odur ki, R.Ə.Səfərov və “Cahan Biznes” MMC-nin sənədlərindən istifadə etməklə törədilmiş cinayətdə iştirak etmiş şəxslərin barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar