Tanınmış fotoreportyor Elxan Kərimov vəfat edib
20 Dekabr 2010 Bazar Ertəsi 11:55
Azərbaycanın tanınmış fotoreportyoru Elxan Kərimov dekabrın 19-də ürək tutmasından vəfat edib.
APA-nın məlumatına görə, mərhum bu gün dəfn ediləcək.
Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində foto müxbir işləyib.
1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s. qəzetlərdə çap olunub.
“Dialoq”, “Tüsiab” jurnallarında, 1998-ci ildən isə “Azadlıq” qəzetində baş foto-müxbir vəzifəsində işləyib.
Elxan Kərimovun çəkdiyi fotoşəkillər respublikada çıxan qəzet və jurnallarda yayımlanıb.
Son olaraq “Turan” İnformasiya Agentliyində baş foto-müxbir vəzifəsində çalışıb.
Ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar