T.İsmayılovun oğlunu kim qoruyurmuş?
08 Dekabr 2010 Çərşənbə 01:00
Moskva milisi “Aksen” ləqəbli Sergey Aksenovu bununla bağlı dindirib
Rusiyadakı İzmaylov cinayətkar qruplaşmasının başçısı Sergey Aksenov (kriminal aləmdə “Aksen” kimi tanınır) Moskva hüquq-mühafizə orqanları tərəfindən dindirilib. İstintaqın məlumatına görə, noyabrın sonlarında baş vermiş insident zamanı iş adamı Telman İsmayılovun böyük oğlu Sərxan İsmayılovun avtomobili müşayiət edən avtomobildə məhz Aksen olub. Müstəntiqlər ehimat edirlər ki, Sərxan İsmayılovun mühafizəsini Sergey Aksenov əlaqələndiri və Moskva sakini Aleksey Smirnovun avtomobilinə onun adamları hücum ediblər.

Sergey Aksenov o zaman “Toyota Land Cruiser” maşınında “AST Şit” (AST Qalxan) şəxsi mühafizə şirkətinin əməkdaşları ilə birlikdə olub. Xüsusi siqnallarla təchiz edilmiş BMW markalı avtomobillə hərəkət edən Sərxan İsmayılovu bu şirkətin əməkdaşları mühafizə ediblər. Moskva sakini Aleksey Smirnov şübhəli maşıena yol verməyib. Belə olduqda “Toyota Land Cruiser”dən üç nəfər düşüb. Onlardan biri Smirnova məxsus “Lexus” avtomobilinin ön fənərinə zərbə endirib, digəri isə sürücünün qapısını açmağa çalışıb. O, bunu edə bilmədidikdə əli ilə pəncərəni sındırıb və Aleksey Smirnovun 100 min rubl dəyərində olan eynəyini qırıb. Bundan sonra “Toyota Land Cruiser”dəkilər hadisə yerindən uzaqlaşıblar. Zərərçəkən isə hadisə ilə bağlı milisə müraciət edib.

Faktın araşdırılmasını Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev şəxsən rəhbərlik edib. AST şirkətində yoxlama aparılıb və bütün sənədlər müsadirə edilib. Şirkətin vitse-prezidenti Abbas Abbasov isə buna cavab olaraq bəyan edib ki, “nə AST-də, nə də İsmayılov ailəsində xüsusi işıq siqnalları olan avtomobil olmayıb və yoxdur”.

Telman İsmayılov hazırda xaricdədir. Sərxan İsmayılovun özü isə bu yaxınlaradək Rusiya Daxili İşlər Nazirliyinin Universitetinin tələbəsi idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar