Sürüşmək istəyənlər sabah arzularına çatacaq
05 Yanvar 2011 Çərşənbə 23:30
Dənizkənarı Milli Parkın ərazisindəki buz meydançası artıq hazırdır
Buz meydançasında sürüşmək arzusunda olanlar sabahdan etibarən bu istəklərini reallaşdıra biləcək. Belə ki, Dənizkənarı Milli Parkın ərazisindəki buz meydançasının hazırlanması artıq başa çatıb. Hava şəraiti imkan verərsə, yəni bu gecə paytaxtdakı hava temperaturu müsbət 10 dərəcədən aşağı düşərsə, sabah günün ikinci yarısından sonra buz meydançası sürüşmək üçün tam hazır vəziyyətdə olacaq. Qiymətlər elə ötən ildə olduğu kimidir.

Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, buz meydançasında sürüşmək arzusunda olanlar çox olarsa, qiymətlərin aşağı salınacağı da istisna olunmur: “Qiymətlərə gəldikdə, bir saatı 20 manatdır. Gələn çox olarsa, qiymətlər enə bilər. Planlaşdırmışıq ki, orada xüsusi instruktorlar olacaq, yardım etməyə hər bir şərait, əşyalar da olacaq. Buz meydançası təbii ki, havanın necə keçməsindən asılıdır. Əhaliyə bir müraciətimiz var ki, instruktorların dediyinə qulaq assınlar ki, zədə almasınlar”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar