Bu gün Şirvan-Sabirabad yolunda nəqliyyatın hərəkəti saat 10:00-dan 15:00-a kimi məhdudlaşdırılacaq. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, yolun bağlanmasına səbəb Kür çayının üzərindən keçən körpüdə yarımçıq qalan təmir bərpa işləridir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yol kimi Hacıqabul-Padarçöl yolundan istifadə etməyi məsləhət görür. ANSPRESS
Sürücülərin nəzərinə
Şirvan-Sabirabad yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.




Şərhlər