Sürücülərin nəzərinə!
21 İyun 2010 Bazar Ertəsi 23:05
Sabunçu və Böyük Şor dairələri arasındakı yol bağlanacaq.
Bu gün və sabah Sabunçu və Böyük Şor dairələri arasında şəhər isitiqamətinə nəqliyyatın hərəkəti dayandırılacaq. Bu barədə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Yolun bağlanması isə Heydər Əliyev prospekti, hava limanı və Ziya Bünyadov prospektlərinin kəsişməsində olan Böyük Şor, yəni keçmiş Əzizbəyov dairəsində 2-ci yol ötürücü komplekesinin istifadəyə verilməsi ilə əlaqədardır. Sürüçülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar