Sürücülərə xəbərdarlıq edildi
15 Fevral 2011 Çərşənbə Axşamı 13:42
Kamran Əliyev sürücülərə hava şəraitini nəzərə almağı tövsiyyə edib.
Baş Dövlət Yol Polisi İdarəsi sürüclərər xəbərdarlıq edib. Hidrometereoloqların verdiyi proqnoza görə, günün ikinci yarsından respublikada hava şəraiti pisləşəcək. Bununla əlaqədar, BDYPİ sürücülərə yollarda ehtiyatlı olmağı tövsiyyə edir. Bu barədə idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev ANS PRESS-ə məlumat verib. O, bütün sürücüləri ehtiyatlı olmağa çağırıb.

“Hidrometereoloqların verdiyi məlumata görə, bu gün günortadan sonra ölkə ərazisində hava yağışlı olacaq. Bundan başqa, respublikanın bəzi yerlərinə qar və sulu qar yağacaq. Bu səbəbdən də sürücülərin nəzərinə təkrarən çatdırırıq ki, yollarda ehtiyatlı olsunlar. Tələb olunan sürət həddini keçməsinlər. Nasaz avtomobillərlə yola çıxmasınlar və hava şəraitini nəzərə alsınlar”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar