Ölkə

Sumqayıtda partlayıcı qurğu aşkarlanıb

Döyüş sursatın 1 ədəd partlamamış "F-1" markalı əl qumbarası olduğu müəyyənləşdirilib

· Xəbərçi
Sumqayıtda partlayıcı qurğu aşkarlanıb
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında döyüş sursatı tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olan kimi, Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən aşkarlanan sursatın 1 ədəd partlamamış "F-1" markalı əl qumbarası olduğu müəyyənləşdirilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən hadisə yerinə əlavə baxış keçirilib, digər şübhəli əşya aşkar edilməyib.

Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:00-da başa çatıb.

Şərhlər