Sumqayıtda 8 zavod inşa edilir
06 Dekabr 2010 Bazar Ertəsi 10:50
Yaxın vaxtlarda daha 2 zavodun - Sinkləmə və Dəqiq emal mərkəzləri zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur
Ötən həftə dekabrın 3-dən 5-dək “Bakı Expo Center” Sərgi Mərkəzində keçirilən Özbəkistan Respublikasının Milli Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Baş nazirinin müavini, Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət naziri Eliyor Qəniyevin başçılıq etdiyi nümayəndə heyəti və İqtisadi İnkişaf naziri Şahin Mustafayev Bakıda və Sumqayıtda müasir texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələrdə olublar. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sumqayıt Texnologiyalar Parkında olan qonaqlara məlumat verilib ki, texnopark Azərbaycan sənayesində yeni infrastruktur layihələr həyata keçirən nəhəng istehsal müəssisəsidir.

Hazırda texnoparkda 6 zavod fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 2 zavodun - Sinkləmə və Dəqiq emal mərkəzləri zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. 8 zavodun inşası isə davam edir. Hazırda müəssisədə 800-ə qədər işçi çalışır. Bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 2500-ə çatdırılacaq.

Texnoparkda ən müasir texnologiyalar əsasında ixrac yönümlü və maşınqayırma məhsulları istehsal olunur. 16 zavoddan ibarət olacaq bu parkda müxtəlif çeşidli məhsulların - kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s. istehsalı genişləndiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar