Sülhməramlı əməliyyatlarda iştirak haqqında qanun qüvvəyə minib
19 İyul 2010 Bazar Ertəsi 16:25
İlham Əliyev müvafiq qanunu təsdiq edib.
Prezident İlham Əliyev ölkə parlamenti tərəfindən qəbul edilmiş sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan qoşunlarının statusunu müəyyən edən qanunu təsdiq edib.

Dövlət başçısı bazar ertəsi rəsmi mətbuatda dərc edilmiş fərmanında Nazirlər Kabinetinə iki ay müddətində qanunvericiliyə Milli Məclisin bu ilin 11 may tarixində qəbul etdiyi “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanundan irəli gələn düzəlişlərin daxil edilməsinə dair təkliflər hazırlayaraq ona təqdim etmək barədə tapşırıq verib.

Bu qanun Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakının əsaslarını, forma və qaydalarını, belə əməliyyatlarda iştirak edən Azərbaycan qoşunlarının statusunu müəyyən edir. Qanunla həmçinin sülhməramlılara müharibə veteranı statusunun verilməsi qaydaları, bununla əlaqədar onlara maddi yardım göstərilməsi müəyyən edilir.

Bundan başqa, qanunda sülhməramlıların xidmətetmə müddəti, onların təminatı və digər məsələlər nəzərə alınıb.

Hazırda Azərbaycanın 90 sülhməramlısı ölkə parlamentinin 2002-ci ilin 15 noyabr tarixində qəbul etdiyi “Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının Türkiyə SQ batalyonunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və onların müvafiq əməliyyatlarda iştirakına icazə verilməsi haqqında” qanuna əsasən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar