Standartlaşdırma Komitəsinə işə qəbul olmaq istəyirsiz?
18 Noyabr 2010 Cümə Axşamı 11:30
Müsabiqədə ali təhsilli vətəndaşlar iştirak edə bilər
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTesT) 2 saylı Ərazi Şöbəsində vakant vəzifələrin tutulması üçün müsabiqəyə start verilib. Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, müsahibə Gəncə şəhərində aparılacaq.

Müsabiqə aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:
Radiotexniki, elektrotexniki və akustik ÖV-nin kalibrlənməsi laboratoriyası (1 yer-mütəxəssis);
Fiziki-kimyəvi, defektoskopiya, qaz qarışıqları və qazanalizedici ÖV-nin kalibrlənməsi laboratoriyası (1 yer-mütəxəssis);
Təzyiq, sərf, temperatur və həcm ÖV-nin kalibrlənməsi laboratoriyası (1 yer-mütəxəssis);
Kütlə, mexaniki və həndəsi ÖV-nin kalibrlənməsi laboratoriyası (1 yer-mütəxəssis);
Yeyinti, kənd təsərrüfatı və yüngül sənaye məhsullarının sınaq laboratoriyası (2 yer-mütəxəssis).

Qeyd edək ki, müsabiqədə ən azı 3 il iş stajı olan,
elektrik və radio-texnika,
energetika,
avtomatlaşdırma,
elektronika,
radio-elektronika,
kimya,
fizika,
neft-kimya,
mikrobioloq ixtisasları üzrə mütəxəssislər iştirak edə bilərlər.

Göstərilən ixtisaslardan başqa qeyri-ixtisas sahiblərinin sənədləri qəbul olunmur. Müsabiqədə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər ərizə ilə müraciət edə bilər. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, hərbi biletin surəti, ali və sonrakı təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, sığorta kartının surəti və 3x4 sm ölçüdə 4 ədəd rəngli foto-şəkili ərizə ilə birlikdə təqdim etmək lazımdır. Sənədlər əsli ilə birlikdə təqdim olunmalıdır.

Qeyd edək ki, sənədlər 2010-cu il noyabrın 18-dən dekabrın 10-na kimi, saat 10:00-dan 17:00-dək Gəncə şəhəri, Heydər Əliyev 98, AZ 2000 ünvanında (AzTEST-in 2 saylı Ərazi şöbəsində) qəbul olunur.

Daha ətraflı məlumatı 449-99-59 (250) nömrəli telefonla əldə etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar