Ölkə

Sona Salmanova Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib

Sona Salmanova Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib. Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

· Xəbərçi
Sona Salmanova Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib
Sona Sadıx qızı Salmanova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib. Bununla əlaqədar prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Sona Salmanova 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bakı Şəhər Məhkəməsində məhkəmə iclası katibi (1979-80), Azərbaycan Respublikası Ali Məhkəməsində məsləhətçi (1980-83), Ali Məhkəmə Plenumunun katibi, Ali Məhkəmənin Rəyasət Heyəti və Plenumunun katibi, Ali Məhkəmənin üzvü (1983-98) vəzifələrində işləyib. 1998-ci ildən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimidir. ANSPRESS

Şərhlər