Son 2 gündə 5 nəfəri gün vurub
03 Avqust 2010 Çərşənbə Axşamı 21:50
Son 2 gündə 5 nəfəri gün vurub. 1 nəfər xəstəxanaya yerləşdirilib.
Son 2 gün ərzində Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasına 5 günvurma faktı ilə bağlı müraciət edilib. Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, gün vuran şəxslərdən yalnız 1 nəfər xəstəxanaya yerləşdirilib. Ümumilikdə isə yay mövsümü başlayandan 113 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib. Həmin xəstələrdən 35 nəfər xəstəxanaya çatdırılıb.

Yaxın 3 gün ərzində isə isti hava şəraiti, zəif küləklərin üstünlüyü, eləcə də rütubətliliyin normadan yüksək olması gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədovanın bildirdiyinə görə, temperaturun gecə saatlarında paytaxtda 23-27, gündüz 36-37 dərəcə isti olacağı gözlənilir. Gündüz saatlarında Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan MR-də 36-39, bəzi yerlərdə 42 dərəcəyədək isti, eləcə də dağlıq rayonlarda gündüz saatlarında 30-35 dərəcə isti gözlənilir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar