Sivas valisi yaralanan azərbaycanlı hacılara baş çəkib
24 Noyabr 2010 Çərşənbə 13:00
Sivas
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Sivas vilayətinin valisi (qubernator) Əli Kolat Həcc ziyarətindən qayıdarkən avtobus qəzası nəticəsində yaralanan azərbaycanlı hacılara baş çəkib. APA-nın Sivas Valiliyinin saytına istinadən verdiyi məlumata görə, yaralıların yerləşdirildiyi Sivas Cümhuriyyət Universitetinin Araşdırma və Tədqiqatlar Xəstəxanasına gedən vali hacıların vəziyyəti ilə tanış olub.

Ə. Kolat bildirib ki, avtobusda 34 hacı olub, onlardan 5-i dünyasını dəyişib, 24-ü isə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərinə məlumat verildiyini deyən vali, Azərbaycanın müvafiq qurumlarından da yaralılara baş çəkməyə gələnlərin olacağını söyləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar