Ölkə

Şimal-qərb bölgəsi işıqsız qalıb

Aramsız yağışlar nəticəsində çaylarda suyun səviyyəsi qalxıb.

· Xəbərçi
Şimal-qərb bölgəsi işıqsız qalıb
Aramsız yağan yağışlar Azərbaycanın şimal-qərb bölgəsində fəsadlar törədib. Dünəndən başlayaraq yağan aramsız yağışlar bölgənin Balakən, Umbul, Tala, Muxax, Kürmük və Kiş çaylarında suyun səviyyəsinin qalxmasına səbəb olub.

Zaqatalada Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində bir neçə elektrik dirəyini sel aparıb. Rayonun əksər ərazilərinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır. ANSPRESS

Şərhlər