Səxavət Məmmədovun oğlu evləndi
24 Noyabr 2010 Çərşənbə 01:00
Özündə milliliyi əks etdirən toy mərasimi Üzeyir Hacıbəyovun “Üvertüra”sının səslənməsi ilə başlayıb
Azərbaycan musiqisinin əsrarəngiz səsi, "Qarabağın bülbülü" mərhum Səxavət Məmmədovun oğlu Bəxtiyar evlənib. Milli.Az xəbər portalının məlumatına görə, toy özündə milliliyi əks etdirib. Bbəylə gəlin “Vağzalı” sədaları altında məkana daxil olaraq, nikah haqqında şəhadətnaməni alıblar və və evlilik sənədlərini imzalayıblar. Daha sonra milli geyimlərdə olan rəqqasələrin əhatəsində rəqs etdilər. Toy mərasimi dahi bəstəkar Üzeyir Hacıbəyovun “Üvertüra”sının səslənməsi ilə açılıb.
Azərbaycanın xalq artisti, bədii qiraət ustası İlham Əsgərovun aparıcılığı ilə keçən toyda ustad xanəndə Arif Babayev çıxış edib. Bəyin əmisi, Azərbaycanın xalq artisti Firuz Səxavət qardaşı oğlunu təbrik edərək, “Segah” muğamını ifa edib. Bundan əlavə, Bəxtiyarın uşaqlıq illərindən, bu günə qədər olan 5 dəqiqəlik videoçarx nümayiş olundu. Videoçarxda Bəxtiyarın uşaq yaşları, televiziyada verilişlərinin aparıcısı olduğu verilişlər və “Yuxu” filmindəki Bədəl rolu da yer alıb.
Toy mərasimində bəyin hazırda çalışdığı Xarici İşlər Nazirliyindən iş yoldaşları, Fövqaladə Hallar Nazirliyindən olan dostları, tanınmış simalar və sənətkarlar - Arif Babayev, Cabir Abdullayev, meyxanaçı Vüqar, Ramiz Əzizbəyli, Allahverdi Yolçuyev, Xəyalə Manaflı və başqa sənətçilər iştirak ediblər.
DOSTLARINLA PAYLAŞ: