Sentyabrda 3933 vergi ödəyicisi qanunu pozub
09 Oktyabr 2010 Şənbə 11:10
Vergilər Nazirliyinin keçirdiyi operativ nəzarət tədbirlərinin nəticələri açıqlanıb.
Bu ilin sentyabr ayı ərzində Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı 3933 vergi ödəyicisində qanunvericiliyin pozulması faktı aşkar edilib və müvafiq tədbirlər görülüb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu zaman 1026 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 150 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilib.

Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 675 vergi ödəyicisi aşkar edilib, 441 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilib.

Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 179 vergi ödəyicisində 221 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 143 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 60 vergi ödəyicisində 1892.7 manat dəyərində 847 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar