Sən də bacararsan ANS-in efirində
17 Mart 2011 Cümə Axşamı 16:03
Sən də bacararsan ANS-in efirində. Çoxseriyalı filmin 5-ci hissəsi yayımlanacaq.
AFFA tərəfindən ölkəmizdə qadın futbolunun inkişafı, kütləviliyinin təmin olunması, təbliğatının genişləndirilməsi və qızların bu idman növünə olan marağının artırılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, belə layihələrdən biri də “Sən də bacararsan” çoxseriyalı filmdir. “Sən də bacararsan” filminin 5-ci hissəsi martın 27-də, saat 15:15-də ANS kanalında efirə gedəcək.

Filmin 1-ci hissəsi 2010-cu il noyabrın 14-də, 2-ci hissəsi dekabrın 5-də, 3-cü hissəsi 2011-ci il yanvarın 16-da, 4-cü hissəsi isə fevralın 13-də ANS kanalında yayımlanıb.

Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsi Azərbaycanda təşkil ediləcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar