Şəkidə heyvandarlıq məhsulları istehsalı artıb
29 Yanvar 2011 Şənbə 06:45
Hesabat ilində rayonda 7.790 ton ət, 49 min 823 ton süd, 17 milyon ədəd yumurta, 383 ton yun istehsal olunub.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də Şəkidə heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Bu barədə məlumatı Şəki Şəhər icra hakimiyyəti verib. Məlumata görə, 2009-cu illə müqayisədə ötən il təsərrüfatlarda olan mal-qaranın sayı 1.424 baş artaraq 86 min 175 başa, qoyun-keçilərin sayı 23 min 565 baş artaraq 380 min 402 başa, ev quşlarının sayı 2.680 baş artaraq 271 min 484 başa, arı ailələrinin sayı isə 95 ailə artaraq 3.507 ailəyə çatıb. Hesabat ilində rayonda 7.790 ton ət, 49 min 823 ton süd, 17 milyon ədəd yumurta, 383 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 545 ton, süd istehsalı 2.221 ton, yumurta istehsalı 420 min ədəd, yun istehsalı isə 7 ton artıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar