Şəki sakininin üçəmi oldu
02 Oktyabr 2010 Şənbə 11:55
Şəki sakininin üçəmi oldu. Doğuş Bakıda təbii yollla reallaşdırılıb.
Şəki rayonunun Baş Küncüt kənd sakini 25 yaşlı Əfsanə Həmidovanın üçəmi olub. Bu barədə ANS PRESS-ə doğuşun baş verdiyi 1 saylı doğum evinin baş həkimi Stella Abbasova məlumat verib.

İki oğlan və bir qız uşağının, həmçinin ana Ə. Həmidovanın səhhəti qənaətbəxşdir. Uşaqların çəkisi 1 kq 600 qram, 1 kq 800 qram və 1 kq 100 qramdır. Doğuş təbii yolla reallaşdırılıb.

Ata 38 yaşlı Habil Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, onlar iki il bundan əvvəl evləniblər və bu körpələr onların ilk övladlarıdır. H. Həmidov həyat yoldaşının nəslində əkiz uşaqların olduğunu qeyd edib.

Bakıda taksi sürücülüyü ilə məşğul olduğunu deyən Habil Həmidovun sözlərinə görə, ailə Bakının Nəsimi rayonunda 1 otaqlı evdə kirayə qalır. Uşaqların anası evdar qadındır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar