Səfər Əbiyev Daşkəndə rəsmi səfərə yola düşüb
29 Noyabr 2010 Bazar Ertəsi 10:55
Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkəndə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər zamanı ölkələr arasında hərbi əməkdaşlığın gedişatı və gələcək perspektivlərinin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır.

Azərbaycanın müdafiə naziri S.Əbiyevin Özbəkistan Respublikasının yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar