Seçki Məcəlləsinin yeni variantı çapdan çıxıb
23 Avqust 2010 Bazar Ertəsi 17:40
Azərbaycan Seçki Məcəlləsinin (SM) yeni variantı çapdan çıxıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan parlamenti tərəfindən edilən son əlavə və düzəlişlərin yer aldığı yeni Seçki Məcəlləsi Milli Məclisin mətbəəsində çap olunub.

Seçki Məcəlləsi MSK tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrlərinə paylanılıb. Hazırda SM-in DSK-lar vasitəsilə seçki məntəqələrinə çatdırılma prosesi həyata keçirilir.

Qeyd edək ki, bu il iyunun 18-də Milli Məclis Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edib. Bu il iyulun 14-də isə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar