Seçki günü hava buludlu olacaq
05 Noyabr 2010 Cümə 11:25
Həftəsonu hava yağmursuz keçəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında küləyin sürəti bəzi yerlərdə güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hava az buludlu, yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 18-21°, axşam 12-14° olacaq.

Noyabrın 6-da səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 10-12° isti, günün birinci yarısında 19-22°, günün ikinci yarısında 15-17° isti təşkil edəcək.

Noyabrın 7-də dəyişkən buludlu, yağmursuz hava olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-20° isti təşkil edəcək.

Noyabrın 8-də havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 18-21° isti olacaq.

Azərbaycanın rayonlarında həftəsonu əsasən yağmursuz keçəcək. Sabah gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti olacaq.

Noyabrın 7-8-də gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar