Seçicilərin 10,61%-i səsvermədə iştirak edib
07 Noyabr 2010 Bazar 11:20
Ən çox aktivlik 3 saylı Babək-Kəngərli dairəsindədir.
Mərkəzi Seçki Komissiyası səsvermə ilə bağlı saat 10.00-a olan məlumatı açıqlayıb. ANS PRESS-in Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşının məlumatına görə, ölkə üzrə seçicilərin 524 min 926 nəfəri artıq səs verib. Bu seçicilərin 10,61%-i deməkdir.

Ən çox aktivlik 3 saylı Babək-Kəngərli seçki dairəsindədir. Burada seçiçilərin fəallığı 22,01 faiz (9061)dir. Ən çox passivlik isə 31 saylı Suraxanı II (2,82%) seçki dairəsində qeydə alınıb. Burada 1071 nəfər səsvermədə iştirak edib.

“Seçkilər” İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynovun verdiyi məlumata görə, saat 10:00-a olan məlumatların açıqlanmasında yaranmış gecikməyə səbəb aşağı komissiyalardan üst komissiyalara məlumatların daxil olmasının vaxt aparmasıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar