Saxta ərzaq satan mağazalar
16 Dekabr 2010 Cümə Axşamı 16:35
Ölkədə 540 kq vaxtı keçmiş saxta ərzaq satışdan çıxarılaraq məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarındakı monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində
- Bazar küçəsi, 1 ünvanında yerləşən “Emin market”də,
- M.Mustafayev küçəsindəki “Ümid market”də,
- 4-cü mədən, ev 536 ünvanındakı “Güllücə market”də,
- A.Rzayev küçəsində yerləşən “Üç qardaş market”də, “Cəmil market”də və “Fəza market”də,
- Neftçilər küçəsindəki “Nanə market”də,

Bülbülə qəsəbəsində
- Bakı-Aeroport yolunda yerləşən “Fidan market”də,
- S.Əliyev küçəsində Elçin Ələkbərova məxsus mağazada,
- 1-ci mədən ünvanında Çingiz Tağıyevə məxsus mağazada və “Şınıx market”də,

Sabunçu rayonunda
- Aydınbəyov küçəsi, ev 15 ünvanında Arzu Əsgərovaya məxsus mağazada,
- Ramana qəsəbəsi, Yeni Ramana 2/2 ünvanında yerləşən “Ramana market”də,

Şabran şəhərində
- H.Əliyev küçəsində Ruslan Xamedova məxsus mağazada,

Ağcabədi şəhərində
- S.Vurğun küçəsində Azər Talıbova məxsus mağazada,

Kürdəmir şəhərində
- S.Şıxəliyev küçəsində Natiq Məmmədəliyevə məxsus mağazada,

Bərdə şəhərində
- Ü.Hacıbəyov küçəsində Eldar Bəylərova məxsus mağazada,

Tovuz rayonunda
- Düz Qırıxlı kəndində yerləşən “Şahin market”də,

Mingəçevir şəhərində
- M.Maqomayev küçəsi, 50 ünvanındakı “Siti market”də

ümumi çəkisi 540 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar